Ana səhifə
18 Noyabr 2018

23 rayonda qaz olmayacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Ucnoqta.azxəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 13:00-dək Xaçmaz rayonunun bir hissəsinə, 14:00-dək Nərimanov rayonunun bir hissəsinə, 15:00-dək Qazax rayonunun bir hissəsinə, 16:00-dək Xızı rayonunun bir hissəsinə, saat 12:00-dan 14:00-dək Göygöl rayonunun bir hissəsinə, saat 13:00-dan 15:00-dək Ağcabədi rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Eləcə də saat 18:00-dək Tərtər rayonuna, Bərdə, Ağdam, Lənkəran, Masallı və Şamaxı rayonlarının bir hissəsinə, saat 16:00-dan 18:00-dək Beyləqan və Gədəbəy rayonlarının bir hissəsinə, işlər başa çatanadək isə Binəqədi, Balakən, Zaqatala, Qaradağ, Abşeron, Nəsimi, Xəzər və Nizami rayonlarının bir hissəsinə, həmçinin bü gündən başlayaraq 24 oktyabr 2014-cü il tarixədək Hacıqabul rayonunun Udulu kəndi və Muğan qəsəbəsinə təbii qazın verilişində fasilələr olacaq.

 

Tarix
22 Oktyabr 2014 [11:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin