Ana səhifə
25 Sentyabr 2018

İşğalçılar həmsədr dövlətlərin başçılarını Qarabağa dəvət etdi

Asim Mollazadə: “Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində hansısa bir hökümətin olduğunu nümayiş etdirmək istəyirlər”

 

 

Qabil Hüseynli: “Ermənilər ya dünyanı avam yerinə qoyur, ya da həddən artıq həyasız millət olduqlarını nümayiş etdirirlər»

 

 

Qondarma rejim növbəti dəfə axmaq bir üsula əl atdı. Özünü işğal altında qalan ərazilərin “prezidenti” kimi təqdim edən Bako Saakyan ATƏT-in Minsk qrupu həmsədrləri vasitəsilə ABŞ, Rusiya və Fransa prezidentlərini Dağlıq Qarabağa səfərə dəvət edib. Müxtəlif cinayətlərin iştirakçısı olan bu şəxs "Amerikanın Səsi"nə müsahibəsində bildirib ki, həmsədr ölkələrin rəhbərləri bir ölkə ilə birbaşa əlaqə saxlamadan onun  və xalqının taleyi ilə məşğul olmaqla ciddi uğurlar əldə edə bilməz. Azərbaycan ictimaiyyəti quldurluqla məşğul olan bu erməninin hiyləgərliyini etirazla qarşılayıb.

 

 

                           Asim Mollazadə

 

Millət vəkili Asim Mollazadə bu dəvəti ermənilərin növbəti şousu adlandırdı. Onun sözlərinə görə, ermənilər dünyanın öz üzərilərində ciddi təzyiqlərini hiss etdikləri üçün belə edir. “Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində hansısa bir hökümətin olduğunu nümayiş etdirmək istəyirlər. Əslində isə bu şouların arxasında Ermənistanın sülh danışıqlarından yayınmaq siyasəti durur. Ermənistan öz təzavüzkar siyasətini davam etdirir və sülh danışıqlarının yalnız immitasiyasını aparıb, dünya ictimaiyyətini aldatmağa çalışır”.

Millət vəkili hesab edir ki, separatçı rejimin dəvətinə baxmayaraq həmsədr ölkələr tərəfindən hər hansı bir reaksiaya verilməyəcək. Onun sözlərinə görə, bu,onların özlərinin daxili bazarları üçün apardığı şoulardır.  

 

 

                                 Qabil Hüseynli

 

Politoloq Qabil Hüseynli isə bildirdi ki, hələ heç bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Onun sözlərinə görə, BMT üzvü olan ölkələr Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyıblar. “Ona görə də qondarma separatçı rejimin rəhbəri prezidentləri regiona getmək səlahiyətinə malik deyil. Belə səlahiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin əlindədir”. Politoloq hesab edir ki, bu məsələnin arxasında təbliğati məqsədlər dayanır. 

 

“Saakyan yaxşı bilir ki, Obama, yaxud digər dəvətlilər Azərbaycanın ərazisi olan bölgəyə ölkə Prezidentinin icazəsi olmadan gələ bilməz. Əks halda bu, beynəlxalq hüquq normalarının kobud şəkildə tapdanması olar. Digər tərəfdən, həmin ölkələr Dağlıq Qarabağ problemindən çox Yaxın Şərq, İŞİD və sair məsələlərə yer ayırırlar. Yəni bu ölkələrin prezidentlərini Dağlıq Qarabağa dəvət etmək absurd bir ideyadır. Ermənistan və qondarma rejimin rəhbərliyi hesab edirlər ki, belə bir dəvətlə hansısa təbliğati xallar əldə edə biləcəklər. Amma bu yanlışdır, gülüncdür”. Politoloqun sözlərinə görə, prezidentləri bölgəyə dəvət edərək vəziyyətlə yerində tanış olmaq ideyasının ortaya qoyulması da cəfəngiyyatdır. “Prezidentlər Qarabağda bir daha Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, 1 milyondan artıq qaçqının yurd-yuvasından dərbədər olması, Azərbaycandakı maddi-və mənəvi sərvətlərin talan edilməsi və yaxud nəzarət edilməyən və buna görə də narkotika mərkzinə çevrilən ərazilərlə tanış olacaqlar. Bir sözlə, hiyləgər ermənilər ya dünyanı avam yerinə qoyur, ya da həddən artıq həyasız millət olduqlarına görə törətdikləri əməllərin nəticələri haqqında qətiyyən hesabat vermək istəmirlər. Ona deyən lazımdır ki, sən işğalçısan, cinayətkarsan, Azərbaycan insanını öldürən qatilsən. Sən hansı hüququ əsasla inkişaf etmiş ölkələrin prezidentlərini işğal etdiyin ərazilərə dəvət edirsən?!”

 

Politoloq ermənilərin belə bir addımlara əl atmasında dünyanın zəifliyinin də rol aldığını dedi. “Dünya ermənilərin bu “lotuyana” dəvətinə sarsıdaıcı cavab verməlidir”.

 

 

T.Qafarlı 

Tarix
22 Oktyabr 2014 [11:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin