Ana səhifə
19 Noyabr 2018

Evdən 102 ilan tapıldı

Kanadada maraqlı hadisə yaşanıb.

 

Ucnoqta.az xəbər verir ki, bir evin dəhlizi, mətbəxi və yataq otaqlarından ümumilikdə 102 ilan tapılıb.

Saskatkevan əyalətinin paytaxtı Reginadakı evə daxil olan xilasedicilər elə dəhlizdəcə xeyli ilanla qarşılaşıblar. Təbii Həyat Mərkəzinin direktoru Meqan Laurensin fikrincə, daha çox Şimali Amerikada rast gəlinən qarter ilanları insan həyatı üçün qorxulu deyil. Bu səbəbdən bəzi insanlar həmin ilanları evlərində saxlayırlar. Ancaq Kanada sakini özü istəmədən, evi ilanların məskəninə çevrilib. Xilasedicilərin səyi nəticəsində irili-xırdalı 102 ilan tutularaq zərərsizləşdirilib.

Laurensin açıqlamasına görə, bu ilanların ən uzunu 1 metr, ən qısası isə 22 santimetr olur. Payız aylarında ortaya çıxan qarterlər məskən saldıqları evdə illərlə yaşaya bilərlər. (Lent.az)

 

Tarix
22 Oktyabr 2014 [11:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin