Ana səhifə
21 Sentyabr 2018

Putini Yaponiyaya buraxmadılar

Yaponiya hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin payız aylarında bu ölkəyə planlaşdırılan rəsmi səfərinə razılıq verməyib.

 

 

Ucnoqta.az” xəbər verir ki, bu haqda məlumatı Yaponiyanın Sankei Shimbun saytı yayıb.

Xəbərdə deyilir ki, bu səfərin ertələnməsinə baxmayaraq Yaponiyanın Baş naziri Sindzo Abe noyabr ayında Pekində baş tutacaq İqtisadi Sammitdə Vladimir Putinlə görüşəcək.

 

Qeyd edək ki, Putinin Yaponiyaya rəsmi səfəri bu ilin fevralında tərəflər arasında razılaşdırılsa da səfərin gözlənilən vaxtda baş tutmamasının Ukraynadakı siyasi durumla bağlı olduğunu deyirlər.

 

Pekində hər iki dövlətin rəsmiləri arasında keçiriləcək görüşdə Sindzo Abenin Vladimir Pitinə Ukrayna münaqişəsinin həll edilməsi üçün bəzi təkliflər verəcəyi gözlənilir.

 

Sankei Shimbun saytının fikrincə, Vladimir Putin yapon xalqı qarşısında hələki özünü Ukraynada sülhü dəstəkləyən bir lider kimi göstərməyib.

Tarix
22 Oktyabr 2014 [11:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin