Ana səhifə
18 Noyabr 2018

Mədəniyyət və Turizm Nazirliyi daha 9 şirkətə lisenziya verdi

Mədəniyyət və Turizm Nazirliyi 2015-ci ilin may ayı ərzində turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verdiyi bir sıra şirkətlərin adını açıqlayıb.

 

 

 

Nazirlikdən Ucnoqta.az-a verilən məlumata görə, “Via Group”, “Smıle Travel”, “Talisman Travel”, “Qlobus”, “Master Holding”, “Pegas Tour”, “L.I Travel”, “Simurq S”və “Su-Travel” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə lisenziya verilib.

 

Həmçinin, nazirlik tərəfindən ötən ay “Premier Expo Hotel”, “Olimpik İdman və İstirahət Kompleksi”, “Göy Qurşağı” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə, fiziki şəxslər Surxayev Akif Şahnamaz oğluna “MM Butik Otel” istirahət mərkəzi, Məmmədova Göyərçin Mehdi qızına “Bata-Bat” istirahət mərkəzi, Abidov Baba Abid oğluna “LT Otel” mehmanxanalarının fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib.

 

Bundan əlavə, Mədəniyyət və Turizm Nazirliyi may ayında Bakı şəhəri - “Hilton Hotel Baku” mehmanxanası (5 ulduz), Şamaxı - “Samaxı Palace Platinum by Rixos” mehmanxanası (5 ulduz), Qəbələ rayonu - “Qafqaz Resort Hotel” mehmanxanası (5 ulduz), “Duyma” mehmanxanası (4 ulduz), Mingəçevir şəhəri - “River Side“ mehmanxanası (4 ulduz) dərəcə sertifikatları verilib.

 

Qeyd edək ki, bununla da, respublikada xüsusi razılıq əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 290-a, mehmanxanaların sayı 328-ə, təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 80-ə çatıb.

 

 

 

Rəqsanə

Tarix
1 İyun 2015 [16:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin