Ana səhifə
17 Yanvar 2018

Partiya jurnalistləri mükafatlandırdı

Demokratik İslahatlar Partiyası 22 iyul – Milli Mətbuat Günü münasibətilə Partiyanın təsis etdiyi «Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda» mükafatı sahiblərinə təqdim edib. 
 

 

Ucnoqta.az” xəbər verir ki, təqdimat mərasimində partiya sədri Asim Mollazadə qeyd edib ki, DİP bu mükafatı təsis etməklə cəmiyyətə azad və peşəkar medianın inkişafının önəmi ilə bağlı mesaj vermək istəyir. «Sivil və demokratik cəmiyyətlərin formalaşmasında medianın müstəsna xidmətləri var. Azərbaycan jurnalistləri kifayət qədər çətin şərtlər altında çalışır və mediamızı inkişaf etdirirlər. Hesab edirik ki, ölkədəki hər kəsin, o cümlədən də, siyasi partiyaların mediaya dəstək verməsi vacibdir » – deyə millət vəkili bildirib. Sonra o, müvafiq mükafatları qaliblərə təqdim edib.

Vəsilə Vahidqızı (İctimai TV) - Uğurlu televiziya layihəsinə görə, Tapdıq Fərhadoğlu (Amerikanın səsi) - Azərbaycanın ictimai-siyasi və sosial həyatında baş verən proseslərin obyektiv işıqlandırılmasına görə, Əfqan Qafarlı (modern.az) - Azərbaycanda peşəkar internet mediasının formalaşmasındakı xidmətlərinə görə, İmdad Əlizadə (mediaforum.az) - Azərbaycanın ictimai-siyasi həyatına və parlamentin fəaliyyətinə həsr olunmuş obyektiv məqalələrinə görə sözügedən mükafatlara layiq görülüblər.(Qafqazinfo.az)

 

Tarix
3 Oktyabr 2014 [17:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ