Ana səhifə
19 Sentyabr 2018

Zəlimxan Yaqubdan xəbər var

Xalq şairi Zəlimxan Yaqub iyunun 29-da müayinə olunmaq üçün Almaniyaya yola düşəcək.

 

 

 

Ucnoqta.az xəbər verir ki, bu barədə Publika.az-a açıqlama verən şair sağlıq durumu ilə bağlı məlumat verib: “Bu xəstəlik elədir ki, gah yaxşı oluram, gah da pis. Ayın 29-u müayinə üçün Almaniyaya getməliyəm. Oğlum da mənimlə bərabər gedəcək. Müayinədən sonra bir həftə xəstəxanada həkim nəzarətində olacağam, sonra isə Bakıya gəlib müalicəmi davam etdirəcəyəm. Həkimlər olmasa, bir gün də yaşaya bilmərəm. Məni yaşadan və həyatda saxlayan onlardır. Sağ olsunlar, hər biri mənə son dərəcə diqqətlə yanaşır”.

 

Xalq şairi onu da bildirib ki, dava-dərmanla yanaşı, pəhriz də saxlayır: “Hər nə gəldi yemirəm, həkimlər mənə xüsusi pəhriz təyin ediblər. Buna riayət etməyə borcluyam. Başqa əlacım da yoxdur”.

 

Səhhətində yaranan problemlərə baxmayaraq, xəstəlik onu şeiriyyatdan soyuda bilməyib. Dediyinə görə, hər gün şeir yazır.

 

“Yeni şeirlərimi bu həftə ədəbiyyat qəzetində oxuya bilərsiniz”- deyən Zəlimxan Yaqub hələ çap olunmamış yüzlərlə şeirinin olduğunu bildirib.

 

Qeyd edək ki, xalq şairi böyrək çatışmazlığından əziyyət çəkir.

Tarix
1 İyun 2015 [11:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin