Ana səhifə
12 Noyabr 2018

Azərbaycanlı bəstəkarın baletinin premyerası keçiriləcək

Oktyabrın 23-də Rusiya Akademik Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin premyerası keçiriləcək. Bəstəkara böyük şöhrət qazandıran "Məhəbbət əfsanəsi" baleti yarım əsrdən çoxdur ki, dünya səhnələrini bəzəyir. Balet ilk dəfə 1961-ci ildə Kirov adına Leninqrad Akademik Opera və Balet Teatrında - indiki Sankt-Peterburq Mariinski Teatrında tamaşaya qoyulub. Tamaşanın quruluşçu baletmeysteri SSRİ Xalq artisti Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru maestro Niyazi olmuşdur.

Uzun fasilədən sonra tamaşa bərpa edilərək yeni ifaçıların iştirakı ilə sənətsevərlərə təqdim olunacaq. Y.Qriqoroviçin quruluşunda və S.Virsaladzenin səhnə tərtibatında nümayiş etdiriləcək yeni tamaşanın dirijoru Rusiyanın Əməkdar artisti Pavel Sorokindir. Premyerada iştirak etmək üçün Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti Moskvaya gedəcək. Nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov, tanınmış balet ustaları, xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədov, bəstəkar, Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev, gənc bəstəkarlar və Bakı Musiqi Akademiyasının tələbələri daxildir.

Tarix
22 Oktyabr 2014 [10:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin