Ana səhifə
20 Noyabr 2018

Rusiya və Ukraynanın qaz anlaşması

Avropanın Enerji Komissarı Guenther Oettinger bəyan edib ki, oktyabrın 21-də Ukrayna və Rusiya təmsilçilərinin qaz danışıqlarında ciddi irəliləyiş əldə olunub. "Ucnoqta.az" azadliq.org -a istinadla bildirir ki, Oettinger ilkin razılığa əsasən Ukraynanın 2014-cü ilin sonunadək Rusiyadan 4 milyard kubmetr qaz almağı planlaşdırdığını deyir. Oettinger onu da bildirib ki, Ukrayna oktyabrın sonunadək aldığı qaz üçün Rusiyaya borcunun 1.4 milyard dollarını ödəmək niyyətindədir. İlin sonunadək isə 1.6 milyard dollar ödənəcək.

Rusiya nümayəndə heyətinin rəhbəri, enerji naziriAleksandr Novak-ın sözlərinə görə, Ukrayna üçün qazın qiyməti min kubmetrə  385 dollar olacaq. Bu, Rusiyanın iki həftə öncə tələb etdiyindən yüz dollar azdır.

Novak bu qiymətin 2014-cü ilin oktyabrından gələn ilin martınadək qüvvədə olacağını bilidirb. Novak onu da qeyd edib ki, Avropa Birliyi Ukraynanın ilin sonunadək Rusiyaya 5.3 milyard dollarlıq qaz borcunu ödəməsi üçün məsuliyyəti üzərinə götürməlidir.

Oettinger-in sözlərinə görə, növbəti görüş oktyabrın 29-da Brüsseldə keçiriləcək.

 

Tarix
22 Oktyabr 2014 [10:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin