Ana səhifə
15 Noyabr 2018

Şurada QHT layihələrinin icra vəziyyəti müzakirə olunub - FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin 2014-cü ilin III rübündəki fəaliyyətinə həsr olunmuş hesabat yığıncağı keçirilib. Toplantıya sədrlik edən Azay Quliyev iclasın ötən yığıncaqda qaldırılan məsələlərin həlli vəziyyətinin öyrənilməsi və Katiblik əməkdaşlarının hesabatlarının dinlənilməsi üçün keçirildiyini qeyd edib.

 

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2014-cü il ərzində Şuranın əsasnaməyə uyğun olaraq QHT-lərə maliyyə dəstəyi ilə yanaşı məlumat, metodiki, konsultativ və təşkilati-texniki yardımı da davam etdirdiyini qeyd edib. 2014-cü ildə Şuranın ümumilikdə 391 QHT-lə müqavilə imzaladığını, onlardan 366-nin milli, 25-nin isə xarici təşkilat olduğunu deyib. Şuranın QHT-lər üçün müxtəlif regionlarda “səmərəli idarəetmə” mövzusunda keçirdiyi təlimlərin nəticəsini verdiyini və artıq layihələrin istər təşkili səviyyəsinin, istərsədə hesabatların hazırlanmasının peşəkarlıq səviyyəsinin artdığını vurğulayıb. Şuranın informasiya resursları olan “Vətəndaş cəmiyyəti” jurnalında 2014-cü ilin son iki rübü ərzində 300-dən çox QHT layihəsinin işıqlandırıldığını, qhtxeber.az saytında isə qurumun 60-a qədər məlumatının yayımlandığını qeyd edib. 2014-cü ildə “QHT nəşriyyat”ı Şuranın layihələrini dəstəklədiyi 80 QHT ilə müqavilə imzalayıb. Bu il ərzində həmçinin Şuraya 269 QHT hesabat təqdim edilib, onlardan 225-i qəbul olunub, 44- isə araşdırılmaqdadır. 94 layihənin icrası isə davam etdirilir.

 

Şuranın tərkibində yaradılmış “Hüquq və monitorinq” komissiyası 2014-cü il ərzində maraqlı tərəflərin iştirakı ilə QHT qanunvericiliyinə edilmiş əlavə və dəyişiklikləri müzakirə etmək və mövcud sualları cavablandırmaq üçün 3 tədbir təşkil edib. Eyni zamanda ötən dövr ərzində “Maliyyə hesabatının təqdim edilməsi üzrə metodiki vəsait” hazırlanaraq QHT-lərin ixtiyarına verilib. Şura haqqında azərbaycan və ingilis dillərində braşur hazırlanaraq nəfis tərtibatda çap edilib. 2014-cü ildə Şura üzvləri və əməkdaşları layihələrin monitorinqi məqsədi ilə Polşa, Fransa, Moldova, Almaniya, Danimarka, Macarıstan, Estonya, Belçika, Böyuk Britaniya, Bolqarıstan və Gürcüstanda səfərdə olublar. 2014-cü ildə Şurada 17 görüş keçirilib.Şuraya müxtəlif dövlət qurumlarından və beynəlxalq təşkilatlardan 287 məktub  daxil olub,  135 məktub isə göndərilib və bunların müvafiq icrası təmin olunub.

 

İclasda çıxış edən Şuranın qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov hər gün 50-yədək QHT-dən həyata keçirdikləri layihələr haqqında informasiya aldıqlarını və təqdim olunan press-relizlərin peşəkarlıq səviyyəsində xeyli inkişafın olduğunu bildirib. Ay ərzində sayta 24 mindən artıq daxilolmanın qeydə alındığını deyən baş redaktor ölkənin QHT sektoruna mənsub olan bütün təşkilatlarla yaxından əməkdaşlıq edildiyini deyib.

“Vətəndaş cəmiyyəti” jurnalının baş redaktoru Səfər Alışarlı mətbu orqanın  hər nömrəsində 50-dək QHT-nin icra etdiyi layihə haqqında məlumatın əksini tapdığını və vətəndaş cəmiyyəti inistitutları, müxtəlif dövlət orqanları, regional resurs və təlim mərkəzləri, ali məktəblər, kitabxanalar arasında yayımlandığını bildirib.

Katibliyin beynəlxalq əlaqələr sektorunun rəhbəri Mustafa Qurbanlı 14 mart 2014-cü il tarixdə Şuranın xarici QHT-lər üçün 5 mövzu üzrə II qrant müsabiqəsi elan etdiyini bildirib. M. Qurbanlı müsabiqəyə 42 layihə təqdim olunduğunu, onlardan 18-nin Şura tərəfindən dəsətəkləndiyini qeyd edib. 14 oktyabr 2014-cü ildə isə ilk dəfə olaraq xarici QHT-lər üçün açıq qrant müsabiqəsi elan olunduğunu deyib.

İ

clasda Şuranın dəstəyi ilə Qarabağ mövzusunda milli QHT-lər tərəfindən 2014-cü ildə 11 ölkədə 36 Qarabağ guşəsi yaradıldığını, 46 tədbir keçirildiyini, 13 sayt hazırlandığını, ingilis dilində 1 film çəkildiyini və 10 kitab nəşr olunduğu haqda məlumat verilib.

Toplantıda çıxış edən Katiblik əməkdaşları mütamadi aparılan izahat işləri və keçirilən təlimlər və metodiki yardım nəticəsində ötən illərdə müşahidə edilən maliyyə və təsviri hesabatların gecikdirilməsi, tədbirlərin təşkili, sorğuların vaxtında cavlandırılmaması, KİV-lə iş, press-relizlərin hazırlanması və digər sahələrdə yol verilən nöqsanların əhəmiyyətli dərəcədə azaldığını bildiriblər.

 

Hesabat yığıncağında bildirilib ki, bir çox QHT-lər müxtəlif layihələr çərçivəsində dövlət müəssisələrində və regionlarda keçirməyi nəzərdə tutduqları tədbirlərin təşkilini öncədən razılaşdırmadıqlarından çətinliklərlə üzləşirlər. QHT-lərin layihəni icra edəcəyi regionlarda yerli tərəfdaşlarının olmaması tədbirlərin uğurla keçirilməsinə mane olur. Bu səbəbədən ölkənin regionlarındakı təlim və resurs mərkəzlərinin sayının artırılması və növbəti müsabiqələrdə belə tədbirlərin öncədən müvafiq qurumlarla razılaşdırılması vacibdir.

 

Şura Katibliyinin əməkdaşları hesabat yığıncağında layihələrin icrasında kobud pozuntulara yol verən QHT-lərin siyahısının hazırlanması, onlar haqqında müvafiq tədbirlərin görülməsi, layihələrin icrasının peşəkarlıq dərəcəsinin artırılması üçün QHT-lərə hesabatların yazılışı, piar işinin təşkili ilə əlaqədar təlimlərin keçirilməsi, “Vətəndaş cəmiyyəti” jurnalının ingilis dilində də nəşri, saytının hazırlanması və beynəlxalq təşkilatlara göndərilməsi, Qarabağla əlaqədar yaradılan, müqavilə müddəti başa çatdığından fəaliyyətini dayandıran saytların yenidən bərpası, yenilərinin yaradılması, layihələrdə çıxış edən təlimçilərin peşəkarlıq dərəcəsinin aşağı olması nəzərə alınaraq müxtəlif sahələr üzrə təlimçilər haqqında məlumat bazasının yaradılması və təlimçilər qrupunun formalaşdırılması, təlimlərin daha keyfiyyətli təşkil edilməsi üçün yeni təlim modullarının yaradılması, sosial xarakterli layihələrin daha praktik mövzulara, sosial xidmətlərin təşkilinə, sosial vəziyyətin yaxşılaşdırılmasına yönəldilməsi və digər məsələlərlə bağlı təkliflər səsləndirərək bunların növbəti qrant müsabiqəsində nəzərə alınmasını xahiş ediblər.

 

Azay Quliyev Şuranın həyata keçirdiyi işlərin nəticəsində QHT-lərin instusional inkişafı istiqamətində xeyli irəliləyişə nail olunduğunu və milli maraqlarımızın müdafiəsi istiqamətində fəaliyyətin bundan sonrada davam etdiriləcəyini vurğulayaraq Katiblik əməkdaşlarına müvafiq  tapşırıq və tövsiyyələrini verib.

 

 

Elməddin

 

Tarix
22 Oktyabr 2014 [10:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin