Ana səhifə
20 Noyabr 2018

Londonda Sovet dövrünün Bakısı haqqında kitabın təqdimatı keçirilib - FOTO

Londonda dünya şöhrətli “Waterstone’s” kitab mağazasında tanınmış Hollivud bəstəkarı, müğənni, pianoçu, Bakı əsilli Ella Leyanın “The Orphan Sky” (“Kimsəsiz Səma”) adlı debüt hekayəsinin təqdimat mərasimi keçirilib.

 

 

 

Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilən təqdimat mərasimnə 100-ə yaxın kitabsevər, Londonda yaşayan azərbaycanlılar və Azərbaycanın dostları qatılıb. Uzun illər ABŞ-da yaşayan Ella, hazırda vaxtını Kaliforniya ilə London arasında bölüşdürür.

1979-ci il Sovet dövrünün Azərbaycanı haqqında bəhs edən kitabda dahi pianoçu Leylanın hekayəsi nəql edilir. Real və bədii hadisələr əsasında yazılmış bu kitab özündə Azərbaycanın mif və əfsanələrinin mahiyyətini Sovet paranoyyası ilə məharətlə birləşdirir.

Bir qədər öncə “Los Angeles Review of Books” jurnalı hekayəni aşağıdakı kimi təsvir edib “…bu xilas və tale haqqında Çərpələng uçurdan qədər səhih, həyəcanlı və parlaq əbədi hekayədir.” Musiqi əfsanəsi Kuinsi Cons demişdir: “Bu həm rihən, həm də siyasi dəyişiklik qüvvəsi olaraq musiqinin gücünü göstərən “Soyuq Müharibə” dövrünün inandırıcı hekayəsidir.”

Kitabın müəllifi Ella Leyanın təqdimat mərasimində dediklərindən: “Uzaqda qalan yerlər, zaman və insanlar üçün nostalji duyğularının baş qaldırması,  sənətkar olaraq bizim üçün hər zaman güclü ilham mənbəyi olub. “Kimsəsiz Səma” kitabı mənim Bakıya, uşaqlığımın nağılları şəhərinə geri səyahətimdir. Hekayədə bir çox məsələlər  – Sovet dövrünün büsbütün həqiqətləri barəsində bəhs edilir. Artıq 25 ildir ki, amerikalı olmağıma baxmayaraq, mən heç zaman dogma ölkəmin qızı olduğumu inkar etməmişəm. İndi də mən fəxr edirəm ki, “Kimsəsiz Səma” kitabım mənə Azərbaycanı qərb oxucusuna təqdim etmək imkanını yaradıb.”

 

Təqdimat mərasimindən sonra canlı və düşündürücü sual-cavab sessiyası keçirildi və bu zaman iştirakçıların Ellanın albomundan olan rus, yəhudi və ingilis dillərində seçmə musiqi parçalarını dinləmək imkanı oldu.

“Kimsəsiz Səma” kitabının nüsxəsini sifariş etmək və Ella Leya haqqında daha ətraflı  məlumat əldə etmək üçün www.ellaleya.com/book səhifəsinə keçin.

 

 

 

Tarix
29 May 2015 [21:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin