Ana səhifə
24 Sentyabr 2018

Maşın beton dairəyə çırpıldı- Sürücü öldü+FOTOLAR

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

 

Ucnoqta.az” APA-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində, Müzəffər Nərimanov küçəsində baş verib. "Toyota Land Cruiser" markalı, H 018 100 dövlət nömrə nişanlı avtomobilin dairəyə çırpılması nəticsəndə sürücü hadisə yerində dünyasını dəyişib.

 

İlkin məlumata görə, “Toyota Land Cruiser” markalı avtomobil “Şəfa” stadionunun yaxınlığında yeni istifadəyə verilən tunellə hərəkət edib və sürətlə Müzəffər Nərimanov küçəsinə çıxıb. Sürücü qaranlıq yolda dairəni görməyib və maşının beton dairəyə çırpıb. Hələlik şəxsiyyəti məlum olmayan sürücü sükan arxasında dünyasını dəyişib. Hadisə şahidləri maşının döşəməsinə düşən sürücünün meyitini çıxarıblar.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır, sürücünün şəxsiyyəti dəqiqləşdirilir.

Tarix
22 Oktyabr 2014 [08:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin