Ana səhifə
20 Noyabr 2018

Diqqət !!!Diqqət !!! Bakıda dəhşətli tıxac

Bakının əsas küçə və prospektlərində tıxac müşahidə olunur.

 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, Qurban bayramının münasibətilə vətəndaşların bölgələrə axın etməsi səbəbindən paytaxtın bəzi küçə və prospektlərində tıxac yaranıb.

Tıxac Mikayıl Hüseynov prospektindən, Niyazi küçəsindən “Azneft” dairəsi istiqamətinə, Rəşid Behbudov və Səməd Vurğun küçələrindən Türkiyə səfirliyi istiqamətinə, Səməd Vurğun küçəsindən “Təzə Bazar” istiqamətinə, İnşaatçılar prospekti, Dövlət Statistika Komitəsinin qarşısı, Akademik Həsən Əliyev küçəsində qeydə alınıb.

Tbilisi prospekti - 20 Yanvar dairəsi istiqamətində, Nəqliyyat Nazirliyindən şəhər istiqamətində, Atatürk prospektində hər iki istiqamətdə, Şah İsmayıl Xətai prospekti (Təhsil Nazirliyinin qarşısı) hər iki istiqamətində və Bakı-Sumqayıt şosesində Sumqayıt şəhəri istiqamətində analoji fakt müşahidə edilir.

APA

Tarix
3 Oktyabr 2014 [17:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin