Ana səhifə
16 Noyabr 2018

Aida Mahmudovanın Nyu-Yorkda fərdi sərgisi açılır

Bu gün Nyu-York şəhərində yerləşən “Leila Heller” Qalereyasında (568 West 25 Street) azərbaycanlı rəssam, YARAT Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın “Ötüb keçərkən...” (“Passing By…”) adlı fərdi sərgisi açılır. Ucnoqta.az-ın AzərTAc-a istinadən xəbərinə görə, sərgi iyulun 3-dək davam edəcək. “Ötüb keçərkən...” sərgisində Aida Mahmudovanın 8 irihəcmli rəsm tablosu təqdim olunur.

 

“Yaddaş mənim işimin materialıdır”, – deyən Aida Mahmudova özünün incəsənət əsərlərində dəqiq təhlil apararkən tez-tez bu ifadəni işlədir.

 

Bu sərginin məhz 28 May - Respublika Günündə açılması da rəmzi məna daşıyır. Doxsan yeddi il əvvəl Yaxın Şərqdə ilk dəfə Azərbaycanda demokratik respublika yaradılıb. O günün şərəfi və əzəməti tariximizə qızıl hərflərlə yazılıb. Bu barədə danışan Aida Mahmudova deyib: “Çox şadam ki, mənim sərgim bu fərəhli günə təsadüf edib”.

 

Qeyd edək ki, azərbaycanlı rəssam Aida Mahmudova Sent Martins İncəsənət və Dizayn mərkəzi kollecinin məzunudur. Onun əsərləri Bakı ilə yanaşı, dünyanın bir çox ölkələrində geniş sərgilənib. Rəssamın dəniz mənzərələri “VITA VITALE” qrup sərgisinin bir hissəsi kimi 56-cı Venesiya Biennalesində təqdim olunub. Onun heykəltəraşlıq instalyasiyaları və rəsmləri bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib, dünyanın müxtəlif yerlərində fərdi kolleksiyalarda saxlanılır. Aida Mahmudova 2011-ci ildən YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT ölkəmizdə Azərbaycanda müasir incəsənətin ictimai dərki və incəsənətimizin ölkə daxilində və beynəlxalq səviyyədə təbliği ilə məşğuldur. Sonuncu dəfə 56-cı Venesiya Biennalesində YARAT “Odla suyun birliyi” (“The Union of Fire and Water”) layihəsini təqdim edib.

Tarix
28 May 2015 [19:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin