Ana səhifə
20 Noyabr 2018

“Çox ağır bir cinayəti ört-basdır etmə əməliyyatı gedir”

“City Hospital”ın direktoru Bayram Qorçuyevin oğlu Cavidan Qorçuyev və onun idmançı dostları tərəfindən döyülərək ağır bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Aslan və Azər Cəfərov qardaşları istintaqın gedişindən narazıdır.

 

Ucnoqta.az xəbər verir ki, Yada salaq ki, bu barədə ötən saylarımızda yazı dərc etmişdik. Cəfərov qardaşları virtualaz.org saytının redaksiyasına müraciət edərək döyülmələri və bıçaqlanmaları faktının hələ də lazımınca araşdırılmamasından şikayətlənmişdilər.

Zərərçəkmişlərin vəkili Aslan İsmayılov virtualaz.org saytınaaçıqlamasında istintaq orqanlarının bu cür ağır cinayəti ört-basdır etməyə çalışdıqlarını bildirib: “Bildiyiniz kimi, iş DİN-in müstəntiqi Tural Hacıyevin icraatındadır. Ötən həftənin şənbə günü istintaq hərəkatı keçirmək üçün Aslan Cəfərovla getmişdik. Kiqboksinq üzrə milli yığma komandanın məşqçisi Ehram Məcidov da orada idi. Həmin şəxs hadisə zamanı dalaşanların arasında olub.

Azər Cəfərov

Hadisənin üstündən 3 aya yaxın vaxt keçib. İstintaqa verilən məlumata görə, hadisə zamanı üç nəfər bıçaqlanıb. Onlardan biri - Azər Cəfərov ağır, ölümcül vəziyyətdə uzun müddət reanimasiyada qalıb. Ancaq həkimlərin və qohumlarının səyi nəticəsində həmin insanı zorla həyata qaytarmaq mümkün olub.

Belə bir ağır cinayətdən sonra istintaq hadisə iştirakçıları barədə guya axtarış elan edib. Ehram Məcidov da istintaq sənədlərinə görə guya axtarışdadır. Ona sual verəndə bəlli oldu ki, bu şəxsi heç vaxt heç kim axtarmayıb, bu insan öz işləri ilə məşğuldur, Azərbaycan yığma komandasını hazırlayır. Təkcə Cavidan Qorçuyev tutulub. Halbuki orada 4-5 nəfər idmançı olub. Həmin idmançılar isə bu üç nəfərə - Azər Cəfərova, onun qardaşı Aslanı və qonşuları Telman Nuriyevə bıçaqla  ağır xəsarət yetirib sonra isə şil-küt eləyiblər. İstintaq bu günə kimi heç bir iş görməyib. Sadəcə işi ört-basdır etmək üçün həmin şəxslər barədə formal axtarış elan edib. Bu günə qədər 6 bıçaq zərbəsi alan bu şəxslərin heç biri zərərçəkən kimi tanınmayıb”.

A.İsmayılovun sözlərinə görə, bunu da bilərəkdən belə edirlər: “İstintaqın bu cür hərəkətlərindən sonra bizim gəldiyimiz qənaət ondan ibarətdir ki, bu işin arxasında dayananlar nəyinsə müqabiləndə bu işi batırırlar. Tutulan Cavidan Qorçuyev türmənin xəstəxanasına yerləşdirilib və buna arayiş düzəldilib ki, guya onda hansısa xəsarətlər olub. Biz tələb etdik ki, Cavidana dəymiş xəsarətlə bağlı ekspertiza keçirilsin. Mən sizə indidən əminliklə deyə bilərəm ki, ekspertiza rəy verəcək ki, guya Cavidanın bədənindəki xəsarətlərin izi itib. Hal-hazırda bu ağır cinayətin ört-basdır əməliyyatı gedir. Gedən istintaq hərəkətləri ancaq ona yönəlib ki, bıçaq yarası alıb ölümcül vəziyyətə düşənlərdən günahkar düzəldib onları şikayətlərindən imtina etməyə məcbur etsinlər. Bu cinayət işinin Bakı Şəhər Baş Polis İdarəsindən də DİN-in İstintaq İdarəsinə verilməsi də o məqsəd güdür. Qanunsuzluqlarla bağlı bizdə çoxlu sayda dəlillər var. Onları sonra təqdim edəcəyik”.

Məlumat üçün bildirək ki, sözügedən cinayət hadisəsi bu il avqust ayının 5-də Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 19 saylı binanın qarşısında baş verib. Mübahisə və dava zamanı 1977-ci il təvəllüdlü Azər Cəfərov, onun qardaşı, 1986-cı il təvəllüdlü Aslan Cəfərov və 1970-ci il təvəllüdlü Telman Nuriyev döyülərək bıçaqlanıblar.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. İlkin məlumatda dava edən şəxslərin peşəkar idmançı olduqları bildirilirdi.

 

Tarix
21 Oktyabr 2014 [18:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin