Ana səhifə
25 Sentyabr 2018

Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Gömrük orqanları qaçaqmalçılıq hallarına, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir. Komitədən Ucnoqta.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Şöbəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub. Müəyyən edilib ki, İran İslam Respublikası vətəndaşı Səfər Abdullahivənd adlı şəxs Azərbaycana qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitəni ölkə ərazisində özünün satış ortağı vasitəsi ilə realizə edəcək.

 

Keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı-Qazax magistralının 70 km-də Azərbaycan vətəndaşı Abbasov Coşqun Şahlar oğlu özü ilə gətirdiyi narkotik vasitəni şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb.

 

Biləsuvar Gömrük İdarəsinin inzibati binasında Abbasov Coşqun Şahlar oğlunun satmaq istədiyi selofan torbaya baxış keçirilib. Baxış zamanı selofan torbanın içərisində olan 2 ədəd gümüşü rəngli, dördbucaqlı formada olan bağlamalarda ümumi xalis çəkisi 1 kiloqram 175 qram olan narkotik vasitə-həşiş qətranı aşkar edilmib. Komitədən verilən daha bir məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İİR vətəndaşı Esmaeılpour Meshkanbar Bahman Gholamalı oğlunun idarə etdiyi “Samand” markalı, 33 D 357-10 dövlət qeydiyyat nişanlı minik avtomobilinə Biləsuvar Gİ-nin “Reks” ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Baxış zamanı xidməti itin reaksiyasına əsasən avtomobilin ön panelinin orta hissəsində yerləşən havalandırma sisteminin hava axını qurğusunun sağ tərəfində olan zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqdan, gömrük nəzarətindən gizlədilib, 1 ədəd şəffaf selofana qablaşdırılmış, xalis çəkisi 950 qram olan narkotik vasitə-tiryək aşkar edilərək götürülüb.

 

Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

 

 

Xalid

Tarix
21 Oktyabr 2014 [18:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin