İtaliyanın şimalında avtobusun yerüstü keçiddən aşması nəticəsində azı 20 nəfər ölüb.
Ucnoqta.az “La Repubblica”ya istinadən xəbər verir ki, sərnişinləri daşıyan avtobus Mestredə yerüstü keçiddən aşıb.
Hadisə yerinə xilasedicilər, polis və bir neçə təcili yardım briqadası cəlb olunub.
Qəza dəmir yolu üzərində baş verib. Mestre ilə Venesiya arasında qatar hərəkəti dayandırılıb.