Balkan yarımadasının qərb hissəsindəki dövlətlər, Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə inteqrasiyasını sürətləndirmək lazımdır.
Ucnoqta.az xəbər verir ki, Çexiya prezidenti Peter Pavel bunu Brüggedəki Avropa Kollecində yeni tədris ilinin açılışında çıxışı zamanı deyib.
O, cəmiyyətin təhlükəsizliyini gücləndirmək üçün Aİ-nin genişlənməsinə çağırıb.
Onun sözlərinə görə, Qərbin təhlükəsizlik strukturlarına qoşulmaq istəyən icmadan kənar dövlətlərin səylərinin həyata keçirilməsini asanlaşdırmaq da lazımdır.