Britaniya xaricdə həbsxanaları icarəyə götürmək istəyir

21:05 - 3 Oktyabr 2023 - DÜNYA

Böyük Britaniya səlahiyyətliləri yer çatışmazlığı səbəbindən xaricdə həbsxanaların icarəyə götürülməsini araşdıracaqlar

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti yazıb. Məlumata görə, Britaniyanın ədliyyə naziri Aleks Çalk Mühafizəkarlar Partiyasının illik qurultayında çıxışı zamanı bildirib ki, ölkə hakimiyyəti Britaniya həbsxanalarında yer çatışmazlığı fonunda həbsxana yerlərinin xaricdə icarəyə verilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir.

Onun sözlərinə görə, hakimiyyət mövcud həbsxanaları da genişləndirir.

Xəbər xətti