Ana səhifə
19 Sentyabr 2018

Lesbiyan qadının məhkəməsi quruldu - Bakıda

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilinən 1966-cı təvəllüdlü Hüseynova Sevinc Məhərrəm qızının cinayət işi bağlı məhkəmə prosesi keçirilib.

Ucnoqta.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hal şahidləri ifadə veriblər.

Ölən qadının qonşusu ifadəsində mərhumla 4 ildən çox müddətdə eyni binada yaşadığını deyib. “Mən 1991-ci ildən o binada yaşayıram. Yasəmən isə 4 il olar bizim binaya köçüb. Çox sakit qadın idi. Ailəsi yox idi. Başını aşağı salıb sakit gedib - gələrdi. Evinə tez-tez qadınlar gəlirdi. Biz həmin qadınları qohumları bilirdik. Öldürüldüyünü eşidəndə inana bilmədim. Nəyə görə öldürüldüyünü bilmirəm. Ancaq onu deyə bilərəm ki, onu öldürən qadın demək olar ki, hər gün Yasəmənin evində idi. Görünür ciddi problemləri olub”.

Hadisə şahidləri Yasəmən Salıyevanın Qarabağ müharibəsi iştirakçısı olduğundan məhəllədə bir qədər ağır qadın kimi tanındığını deyiblər. 3-cü qrup əlil olan mərhum müharibədən sonra sürücülüklə məşğul olub. 

Məhkəmə prosesi noyabrın 4-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu ilin martın 29-da Binəqədi rayonunda baş verib. Bakı şəhər sakini Sevinc Hüseynova M. Ə. Rəsulzadə qəsəbəsi Musabəyov küçəsində yaşayan tanışı Yasəmən Salıyevanın mənzilinə gələrək, onu kapron corabla boğaraq öldürüb.

S. Musayeva martın 30-da könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gələrək təslim olub.

Onu da qeyd edək ki, vesti.az saytı qətllə ilə bağlı təfərrufatları yazıb. Məlum olub ki, Yasəmən Salıyeva və Sevinc Hüseynovanın rəfiqə olmaları ilə yanaşı, cinsi azlıq nümayəndəsi olduqları ortaya çıxıb. Elə hadisənin bu səbəbdən baş verdiyi bildirilib.

Tarix
21 Oktyabr 2014 [18:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin