"Pul dilənmək strategiyası ilə Ermənistanın Xankəndi və ətraf ərazilərdən çıxan ermənilərin sayını hədsiz şişirtdiyini ilk günlərdən ehtimal edirdim. İkinci Qarabağ müharibəsindən sonra orada ermənilərin sayı təxminən 50 min olduğu halda, Ermənistan bu sayı 120 min kimi uydurdu. İndi də guya, 100 min erməninin Ermənistana gəldiyini tirajlayırlar".
Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, Rusiya mənbələrinə görə, bu rəqəm 42 mindir.
"İndi isə Paşinyan Ermənistana qayıdan hər bir erməni üçün birdəfəlik 250 dollar, adambaşına hər ay 100 dollar və kommunal ödənişlər üçün hər ay 25 dollar veriləcəyini bildirib.
Gəlin hesablayaq. 100 min erməniyə bu pulu vermək üçün əvvəlcə 37,5 milyon (25 mln + 12,5 mln) dollar lazımdır. Növbəti aydan isə hər ay 12,5 milyon dollar ödənməlidir. Beləliklə, Paşinyanın açıqladığı pulları ermənilərə vermək üçün qarşıdakı bir il ərzində 175 milyon dollar pul lazımdır".
"Beləliklə, Ermənistan tərəfi qərbdən pul dilənmək üçün yeni siyasi texnologiya icad edir. Hələ bu, başlanğıcdır, yəqin burdan gedən ermənilərin hesabına bütün Ermənistanı yedirtmək üçün yeni siyasi strategiya quracaqlar. Dilənçi ruhlu insanlar üçün bu çox rahatdır", - deyə ekspert əlavə edib.///ölke.az