ABŞ Konqresinin aşağı palatasının Texas ştatından olan üzvü Henri Kuellara hücum edilib və şəxsi avtomobili oğurlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Hadisənin oktyabrın 2-də axşam saatlarında baş verdiyi bildirilir. Naməlum şəxslər Vaşinqtonda Navy Yard ərazisində demokrat parlamentariyə hücum ediblər, nəşrin müəllifləri qeyd ediblər.
Əldə edilən məlumata görə, hücum edənlər silahlı olub. Eyni zamanda, yerli xəbərdarlıq sistemi Vaşinqton sakinlərini Texasda qeydiyyatda olan Honda SUV avtomobilinin oğurlanması ilə bağlı aparılan istintaq barədə məlumatlandırıb.
Hadisənin digər təfərrüatları hələlik açıqlanmır.