Vətən müharibəsi qazisi intihara cəhd edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilir ki, üç ildir ƏƏSMN-dən əlilliyini ala bilməyən, Bakıda yaşayan, əslən Siyəzən rayon sakini Məmmədov Elçin özünə qəsd edib.
Məlumata görə, o, hal-hazırda 1 saylı şəhər Kliniki tibbi mərkəzinin ("Semaşko") Toksikologiya şöbəsində komadadır. Vəziyyəti ağırdır.