Xaçmazda 71 yaşlı qadın bıçaqlanıb

17:04 - 2 Oktyabr 2023 - Xəbər

Xaçmaz şəhərində qohumlar arasında insident olub.

APA-nın şimal bürosu xəbər verir ki, hadisə bu gün Xaçmaz şəhəri, Qələbə küçəsində qeydə alınıb. 1952-ci il təvəllüdlü Haqverdiyeva Məryəm Mayıl qızı qohumu ilə mübahisə zamanı bıçaq xəsarəti alıb. Yaralıya Xaçmaz rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti