Ana səhifə
26 Sentyabr 2018

Azərbaycanda 90 nəfər dəm qazından zəhərlənərək ölüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Lənkəranda “Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri: yerli icra hakimiyyəti orqanları və qurumlar qarşısında duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirib. FHN DYNX-nin təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyev bildirib ki, 1 oktyabr 2013-cü ildən 2014-cü ilin iyuluna qədər ölkə üzrə 399 dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 90 nəfər ölüb, 356 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb. Bildirilib ki, bu rəqəmlər hamını narahat etməli, qaz təchizatı və istehlakı sahəsində təhlükəsizlik qaydalarına əməl olunması, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan və bədbəxt hadisələrlə nəticələnən, ölkə iqtisadiyyatına və vətəndaşlara əhəmiyyətli ziyan vurulmasına səbəb olan qanun pozuntularının qarşısının alınması istiqamətində müvafiq icra strukturları və dövlət təsisatları tərəfindən təxirə salınmadan qabaqlayıcı tədbirlərin hazırlanıb həyata keçirilməsi ən prioritet məsələ kimi diqqət mərkəzində olmalıdır.

 

 

Emin

Tarix
21 Oktyabr 2014 [18:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin