Ana səhifə
19 Sentyabr 2018

«Çox nadir hallarda dostluq münasibəti axıra qədər davam edir»

Zərnigar Ağakişiyeva: “Sənət, yaradıcılıq, teatrda rol almaq kimi hallar aktrisalar arasında sənət rəqabətinə səbəb olur”

 

 

 

Naibə Allahverdiyeva: “Sənətdə rəqabət olduğu üçün səmimi dostluğa inanmıram”

 

 

Həyatda hər bir insanın sənətindən və peşəsindən asılı olmayaraq dostu və rəfiqəsi var. Aktyorluq sənəti isə rəqabəti sevən sənətdir və hər kəs öz bacarığını, istedadını göstərməyə çalışır. Bəs, aktrisanın aktrisa ilə dostluğu mümkündürmü? Qısqanclıq, paxıllıq, qalmallar nədən yaranır?

Xalq artisti Zərnigar Ağakişiyeva “Üç nöqtə”yə bildirdi ki, həmkarı ilə rəfiqəlik edib və yaxşı da alınıb: “Teatrda aktrisalarımızla rəfiqəlik etmişəm və münasibətim də pis olmayıb. Bəzən sənət, yaradıcılıq, teatrda rol almaq, oynamaq kimi hallar istər-istəməz aktrisalar arasında sənət rəqabətinə səbəb olur. Hər kəs həyatda özünü təsdiq etmək istəyir və buna görə də qısqanclıq, paxıllıq yaranır. Rəqabət, paxıllıq kimi hisslərə qalib gələndə və dostluğu üstün tutanda dostluq münasibəti davam edə bilər. Bu hisslər gənclik, cavanlıq illərində daha çox olur və qarşısını almaq mümkün olmur. Buna görə də, rəqabət dostluğu poza bilər. Amma hissiyyatı, ağlı güclü olan hər kəs öz həyatını qurur, təhsil alır, öz yerini tutur. Hər insan öz varlığını təsdiq etməyə çalışır deyə düşünsə qalib gələ bilir. Yəni insan bilməlidir ki, mənim arzuladığımı rəfiqəm də arzulaya bilər. Bunu tərəziyə qoyanda dostluq münasibətiniz davam edəcək, əks halda isə yox. Hazırda mənim yaşımda rəfiqəm yoxdur. Amma gənclər arasında qayğıkeş, diqqətli sənət yoldaşlarım var. Dostluq etmək başqa şeydir və çox nadir hallarda dostluq münasibəti axıra qədər davam edir. Maraqlar uzlaşmayanda hər kəs öz çevrəsindən ayrılır. Məktəbdə, universitetdə, teatrda da rəfiqlərim çox olub. Bəziləri ailə qurublar və digər buk imi xoş hadisələrə görə münasibət kəsilib. Əgər sənin və rəfiqənin düşüncə tərzi uyğun deyilsə dostluq etmək mümkün deyil. Düzdür, hər iki insan eyni də ola bilməz. Həyat çox coşqundur və hər kəs dünyasını, arzusunu, həyatını qurmaqla məşğul olur. Ona görə də, həyatda axıra qədər dostluq etmək nadir hallarda baş verir. Dar və xoş günündə yanında dəstək olan insanlarla dostluq etmək lazımdır. Bununla yanaşı, münasibətdə təmizlik olmalldır. Hiylə, qeyri-səmimlik olanda münasibətdə qopuqluq baş verir. Dostluq şəffav suya bənzəyir, bulanıqlıq olan zaman pozulur. İnsanlar bir-birilərni sevməlidirlər. Dostluq da məhəbbət kimi bir şeydir, təmənnasız olmalıdır. Həyat insanları durmadan ilbəil dəyişir. Hər insanın maraqları, həyat tərzi dəyişmədən asıldır. Buna görə də dosluq münasibəti sona çatanda da incimək lazım deyil. Mən həmişə sevgidə də, dostluqda da dəyanəti, təmiz münasibəti dəyərləndirirəm”.

Xalq artisti onu da dedi ki, onunla insanlığına, yaxşı xasiyyətinə görə dostluq etməyə çalışıblar, adına görə deyil: “Mən teatra gedəndə tamaşaçı tərəfindən çox tez sevildim və qəbul edildim. Hazırda rəfiqəm aktrisa deyil, sənətimi sevən insan olub və sonra rəfiqə olmuşuq. Universitetdə müəllimə işləyirdi və hazırda 92 yaşı var. Yaş fərqimizin çox olmasına baxmayaraq həyat baxışımızda bənzərlik var. Dostluqların pozulması həyatın təbii halıdır. Bəzən elə olur ki, artıq dostluğa vaxt və yer də qalmır, insan daha çox ailəsinə, nəvəsinə vaxt ayırır. Onda da ildə bir dəfə rəfiqənlə telefonda danışırsan. Gənc nəslə demək istəyirəm ki, tapdıqlarını itirməməyə çalışsınlar, yəni səmimi dost tapıblarsa qədrini bilsinlər. Amma bunlar insanın yaşadığı həyatdan, taledən asılıdır”.

Əməkdar artist Suğra Bağırzadə isə qeyd edir ki, dostluq sənətdən deyil, insanlıqdan asılıdır: “Ümumiyyətlə, insanların hansı sahədə çalışmasından asılı olmayaraq bir-birilərinə qarşı təmiz hisslər duyurlarsa, dostluq etmək mümkündür. Həmidə Ömərova ilə Fira Bağırova yaxın rəfiqədirlər, həmişə bir yerdə olurlar. Onlar Bakıda və Moskavada Dövlət Kinomatoqrafiya İnstunuda bir yerdə oxuyublar və universitetdə də bir yerdə çalışırlar. Onlara baxanda adamın könlü açılır. Çünki hər zaman bir-birinin yanında olurlar. Dostluq, rəfiqəlik etmək sənətdən yox, insanlıqdan asılıdır. Ona gör də hansı sənətlə məşğul olursansa ol, əsl insan olmalısan. O zaman rəfiqəlik də, dostluq da alınır. Teatr aktrisaları təmasda daha çox olurlar və hərdən aralarında anlaşılmazlıq yaranır. Amma kino aktrisaları arasında olmur, çünki kino aktrisaları arasında obrazları rejisor təyin edir. Ona görə də burada rəqabət etmək ağılsızlıqdır.  Rəqabət etməklə nə dəyişir ki? Seçim rejissorundur”.

Əməkdar artist Naibə Allahverdiyeva isə vurğuladı ki, sənətdə rəqabət olduğu üçün səmimi dostluğa inanmır: “Dostluq deməzdim, amma yaxşı münasibətdə, illərlə bir yerdə olduğumuz aktrisalar var. İnsan 20-25 il bir yerdə işləyəndə təbii ki, müəyyən münasibət yaranır. Düzdür, arada incikliklər, küskünlüklər də olur. Dostluq etmək başqa şeydir, insan öz dərdini, yaxşı günlərini kiminlə bölüşürsə, onun rəfiqəsidir. Amma dərdini saxlayırsa, orada dostluqdan söz gedə bilməz. Mən elə bir insan yoxdur ki, öz gizli problemimi, dərdimi onunla bölüşə bilim. İnsanlarla dostluq deyil, xoş münasibət saxlaya bilərsən. Sənətdə rəqabət olduğu üçün səmimi dostluğa inanmıram”.

 

 

Rəqsanə

Tarix
27 May 2015 [22:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin