Zəngilanda təməli qoyulan 4-cü yaşayış kompleksində 131 mənzil olacaq -  FOTO

16:20 - 30 Sentyabr 2023 - Xəbər

Zəngilanda təməli qoyulan 4-cü yaşayış kompleksində 131 mənzil olacaq.

APA xəbər verir ki, Zəngilan şəhərinin çoxfunksiyalı zonasında, inzibati mərkəzin yaxınlığında yerləşən 4-cü yaşayış kompleksi iki hektar ərazidə salınır.

Şəhərin Baş planına uyğun olaraq, kompleksdə 3, 4 və 5 mərtəbəli çoxmənzilli yaşayış binalarının 131 mənzildən ibarət olması planlaşdırılır.


Xəbər xətti