Ana səhifə
25 Sentyabr 2018

Qobustan rayonunda məhsul buraxılışı 5,1 faiz artıb

21958 hektar sahədə taxıl əkilib

 

 

 

Regionların sosial-iqtisadi inkişafı Azərbaycanın simasını dəyişdirib. Bu məqsədlə qəbul edilmiş dövlət proqramları çərçivəsində bir sıra tədbirlər həyata keçirilib. Bu gün də həyata keçirilir. Uğurlar qazanan rayonlardan biri də Qobustan rayonudur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrin, Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərləri zamanı verdiyi tapşırıq və tövsiyələrin həyata keçirilməsi ilə əlaqədar  xeyli iş görülüb. 2015-ci ilin üç ayında sosial-iqtisadi həyatın bütün sahələrində nəzərdə tutulan işlər müvəffəqiyyətlə yerinə yetirilib, ümumi məhsul buraxılışı ötən ilin birinci rübü ilə müqayisədə 5,1 faiz artaraq 23081,2 min manata çatıb. Kənd təsərrüfatı rayonu olan Qobustanda bu ilin məhsulu üçün ötən payızda 21958 hektar sahədə taxıl əkilib. Dövlət tərəfindən verilən pulsuz dərmanlarla 2267 hektarda zərərvericilərə qarşı mübarizə tədbirləri aparılıb, sahələrə 800 ton yemləmə gübrəsi verilib. Rayonda əkin üçün yararlı olan torpaq sahələrinin müəyyənləşdirilməsi və bu torpaqlardan istifadə imkanları aydınlaşdırılaraq lazımi tədbirlər həyata keçirilir. Aqrar sektorda aparıcı sahələrdən olan heyvandarlıqda da intensiv inkişaf təmin edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin üç ayında ət istehsalı 1,5 faiz, süd istehsalı 2 faiz, yumurta istehsalı 1,5 faiz artıb. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib. Belə ki, 299 baş cins buzov alınıb, 113 baş qaramal süni mayalandırılıb. Hesabat yığıncağında təhsil, səhiyyə, mədəniyyət sahələrinin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin elektrik enerjisi, təbii qaz və su ilə normal təminatı istiqamətlərində ardıcıl tədbirlər görülüb. Qobustan şəhərinin “Yeni massiv” adlanan yaşayış sahəsi, Xilmilli, Bədəlli kəndləri qazlaşdırılıb, hazırda Poladlı kəndində bu iş davam etdirilir. Yekəxana kəndində də qazlaşdırılma işlərinə başlanılıb. Rayon mərkəzinin və kənd yaşayış məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində layihələr həyata keçirilir. Belə ki, hazırda Qobustan şəhərində 3 ədəd yeni transformatorun quraşdırılması üçün tikinti işləri aparılır. Məruzə və çıxışlarda IDEA İctimai Birliyinin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayonda yol kənarlarına, küçə və parklara 9104 ədəd müxtəlif növ ağac, gül kolu əkildiyi vurğulanıb. Həmçinin birinci Avropa Oyunları ilə bağlı mayın 30-da Qobustanda keçiriləcək “Alov festivalı”na hazırlıqla əlaqədar görülən işlər barədə də ətraflı məlumat verilib.

Uzun illərdən bəri qəsəbənin, eləcə də kəndlərin əsas problemlərindən olan su təchizatı sahəsində ciddi tədbirlərin həyata keçirilib. Azərbaycan Respublikası hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində “Qobustan şəhərinin  içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanılıb. Mayın 10-da Qobustan şəhərində işlərə başlanılması münasibətilə təməlqoyma mərasimi keçirilib. Tədbirdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Qobustan şəhərində işlərə başlanması xoş bir günə - böyük dövlət xadimi ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə təsadüf edir: “Heydər Əliyev strategiyasının  layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin hər bir yaşayış məntəqəsinin dayanıqlı  və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu gün 50-dən artıq rayonda içməli su və kanalizasiya layihələri icra olunur ki, bunların 40-da tikinti  işlərinə başlanılmışdır. Artıq bu şəhərlərin bəzisində layihə tam başa çatıb, bəzisində içməli su şəbəkəsi üzrə işlər yekunlaşıb. Bu gün “Azərsu” ASC-nin sifarişi ilə 27-ci şəhərdə - Qobustanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti işlərinə başlanılır. Qobustan rayonunda içməli su mənbələri məhduddur, rayon mərkəzində və kəndlərdə içməli su problemi müşahidə olunur. Cənab Prezident qısa müddətdə bu məsələnin həll edilməsi tapşırığını vermişdir. Bunu nəzərə alıb və bu gün təməli qoyulan layihənin icrasını gözləmədən 2011-2012-ci illərdə dövlət büdcəsi vəsaiti hesabına Qobustan şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Təsi kəndi yaxınlığında 2 subartezian quyusu qazılıb, Təsi və Bədəllidə qaldırıcı nasos stansiyaları, anbarlar tikilmiş, Qobustan şəhərinə qədər 21 km uzunluğunda (325-220 mm polad borularla) magistral kəmər çəkilib. Bu kəmərdən artıq rayonun Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə suyun verilməsi təmin edilib. Bu gün icrasına başlanan yeni layihə çərçivəsində Qobustan şəhər əhalisinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsini əsaslı şəkildə yaxşılaşdıracaqdır. İşlərin 2 il müddətinə başa çatdırılması nəzərdə tutulur, amma kollektivimiz çalışacaq işləri daha tez yekunlaşdırsın”.

Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Qobustan şəhərinin su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulmasının şəhərin sosial-iqtisadi inkişafına töhfə verəcəyini qeyd edib: “Möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər Qobustanda böyük quruculuq-abadlıq işləri görülür. Rayon əhalisinin kommunal problemlərinin həllinə xüsusi diqqət yetirilir. Xüsusi vurğulamaq istəyirəm ki, 2012-ci ildə Təsi kəndində qazılmış quyulardan şəhərə suyun verilməsi ötən yay müşahidə olunan quraqlıqda yarana biləcək su çatışmazlığının qarşısını aldı. Əhalinin həyat səviyyəsinin yaxşılaşmasına yönəlmiş bu layihənin icrasına görə şəhər sakinləri adından ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

“Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-ci ilə qədər perspektiv inkişaf  nəzərə alınmaqla Qobustan şəhərində 11700 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində rayonun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd kəndlərinə də içməli su veriləcəkdir. Əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi üçün Təsi kəndi yaxınlığında 6 ədəd subartezian quyusunun qazılması, məhsuldarlığı sutkada 3800 kubmetr olan əks-osmos tipli sutəmizləyici qurğunun, su mənbəyində nasos stansiyasının, Daşarası və Nərimankənd kəndlərində ümumi tutumu 2000 kubmetr olan 4 su anbarının, 7,1 km uzunluğunda anbarlararası xəttin inşası nəzərdə tutulur. Layihə çərçivəsində Qobustan şəhərində 61,4 km uzunluğunda içməli su şəbəkəsi tikiləcək, 3007 ünvana birləşmə veriləcəkdir. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə hər bir abunəçinin smart-kart tipli sayğacla təmin edilməsi nəzərdə tutulur.

Layihəyə uyğun olaraq Qobustan şəhərində kanalizasiya sistemi də yaradılacaqdır. Bu məqsədlə 52,1 km uzunluğunda kanalizasiya şəbəkəsi, 7 km kanalizasiya kollektoru tikiləcək və 2875 ünvana birləşmə veriləcəkdir. Qobustan şəhərində tullantı  suların təmizlənib zərərsizləşdirməsi şəhərin kənarında inşa ediləcək və məhsuldarlığı sutkada 2500 kubmetr olan çirkab sutəmizləyici qurğuda həyata keçiriləcəkdir.

Layihənin icrasının 2017-ci ilin ortalarında başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Qobustanda görülən işlər əhalinin işlə təmin olunmasında önəmli rol oynayır. Bununla yanaşı, oayonda əmək yarmakaları da keçirilir. Mayın 21-də isə Qobustan rayonunda (Qobustan rayon Məşğulluq Mərkəzinin inzibati binası) Əmək yarmarkaları təşkil edilib. Qobustan rayonunda 12 müəssisə üzrə 170 boş (vakant) iş yerinin işsiz və işaxtaran vətəndaşlara təqdim olunub.Yarmarka zamanı peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun iş olmadığı üçün peşəsini (ixtisasını) dəyişməsi zəruri olan şəxslər əmək bazarının tələblərinə uyğun peşə hazırlığına cəlb olunmaq üçün qeydiyyata alınıb.

Tarix
27 May 2015 [22:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin