Tokioda Yaponiyanın ən hündür göydələni tikiləcək

07:36 - 30 Sentyabr 2023 - MARAQLI

Tokioda Yaponiyanın ən hündür göydələni olacaq binanın tikintisinə başlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Mitsubishi Estate layihəsinin operatoru məlumat verib.

Paytaxtın mərkəzindəki Tokio stansiyasının yanında tikintiyə başlanılıb. Məşəl qülləsi adlanacaq göydələnin hündürlüyünün təqribən 390 m olacağı və tikintisinin 2028-ci ilin mart ayına kimi başa çatdırılacağı gözlənilir. Beləliklə, yeni bina hazırkı rekordçunu - Tokioda da yerləşən 330 m hündürlüyü olan Azabudai Hills binasını keçərək ölkənin ən hündür binası olacaq.

Forma və dizayn baxımından yeni göydələn məşələ bənzəyəcək - adına uyğun olaraq. Onun yuxarı mərtəbələrinin yanan məşəl alovu effekti yaradaraq daha parlaq işıqlandırılacağı gözlənilir.

Xəbər xətti