Çexiya və Almaniya sərhədləri birgə mühafizə edəcək

23:02 - 29 Sentyabr 2023 - DÜNYA

Çexiya və Almaniya polisi ölkələrinin ümumi sərhədini qeyri-qanuni qaçqınların sızmasından qoruyacaq birgə patrullar təşkil edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çex Radiosu məlumat yayıb. Müvafiq razılıq Çexiya və Almaniyanın Daxili İşlər nazirliklərinin rəhbərləri tərəfindən əldə olunub.

Yaxın günlərdə birgə sərhəd patrulları başlayacaq. Alman polisi sərhədin Çexiya tərəfində, Çexiya polisi isə Almaniya tərəfində qeyri-qanuni qaçqınların saxlanılması əməliyyatlarında fəaliyyət göstərə biləcək. Oxşar təcrübə Çexiya-Slovakiya sərhədində də mövcuddur.

Həmçinin, radionun məlumatına görə, Çexiya, Almaniya və Polşa Daxili İşlər nazirliklərinin rəhbərləri qeyri-qanuni qaçqınların Avropa Birliyi ərazisinə qanunsuz daxil olmasının təşkilatçılarına qarşı mübarizə aparmaq üçün üç ölkənin ekspertlərindən ibarət qrup yaratmaq barədə razılığa gəliblər. 

Xəbər xətti