Şoyqu Cənubi Sudanın müdafiə naziri ilə görüşüb

21:20 - 29 Sentyabr 2023 - DÜNYA

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Cənubi Sudanlı həmkarı Çol Thon Balok ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə hərbi idarədən məlumat verilib.

Putin Rusiyanın təhlükəsizliyin təmin edilməsində Cənubi Sudanı dəstəkləyəcəyini bildirib

“Sentyabrın 29-da Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Cənubi Sudan Respublikasının müdafiə və veteranlarla iş üzrə naziri, general Çol Ton Balok ilə görüş keçirib”, - məlumatda deyilir.

Bildirilir ki, müdafiə idarələrinin rəhbərləri regional təhlükəsizliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıb, perspektiv əməkdaşlıq layihələrini müzakirə ediblər.

Xəbər xətti