Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib - FOTO

19:23 - 29 Sentyabr 2023 - Xəbər

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 29-da Rusiya Federasiyasının Tula şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.


Xəbər xətti