Rusiyanın Dənizkənarı Artyom şəhərində bir nəfər hərbi komissarlığı yandırmağa cəhd edib və özünü yandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Baza məlumat yayıb.
Məlumata görə, hadisə sentyabrın 28-nə keçən gecə Frunze küçəsində baş verib. Həmin şəxs hasarın üstündən keçərək hərbi komissarlığın binasına iki “Molotov kokteyli” atıb.
Hadisə zamanı həmin şəxs özü də xəsarət alaraq qaçıb.
Müstəntiqlər yanğın törədəni və onun şərikini saxlayıblar.