General-leytenant, qondarma qurumun keçmiş komandanı Levon Mnatsakanyan Azərbaycan hərbçiləri tərəfindən Ermənistana gedən yolda nəzarət-buraxılış məntəqəsində əsir düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə politoloq Narek Samsonyan məlumat verib.
“General-leytenant Levon Mnatsakanyan bu yaxınlarda Qarabağdan Ermənistana gedən keçid məntəqəsində azərbaycanlılar tərəfindən əsir götürülüb. Mən şübhə etmirəm ki, həm general Mnatsakanyan, həm də Ruben Vardanyan birbaşa xain rejimin göstərişi ilə ələ keçirilib”, - Samsonyan öz Facebook səhifəsində yazıb.