Fransa Ermənistanın Sünik rayonunda konsulluq açacaq

20:21 - 27 Sentyabr 2023 - DÜNYA

Fransa Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir və həmçinin Sünik bölgəsində konsulluq açmağı planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bunu Fransa Milli Assambleyasının iclasında çıxışı zamanı xarici işlər naziri Ketrin Kolonna deyib. 
Fransanın xarici işlər naziri Ketrin Kolonna ölkəsinin Ermənistanın ərazi bütövlüyünün qorunmasının tərəfdarı olacağını bəyan edib və Parisin İrəvanla, eləcə də BMT və Aİ çərçivəsində ikitərəfli təşəbbüslərlə çıxış edəcəyinə söz verib.

Nazir onu da xatırladıb ki, Ermənistan sərhədində avropalı müşahidəçilərin missiyası davam edir. 

Xəbər xətti