Yük gəmisində 157 milyon avro dəyərində kokain ələ keçirilib

20:17 - 27 Sentyabr 2023 - DÜNYA

İrlandiya polisi bazar dəyəri təqribən 157 milyon avro olan 2,2 ton kokain daşınmasının qarşısını alıb ki, bu da ölkə tarixində rekord göstəricidir.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, narkotiklər Cənubi Amerikadan gələn yük gəmisində aşkar edilib.

Əməliyyatı hüquq-mühafizə orqanları Hərbi Dəniz Qüvvələri, Müdafiə Qüvvələri və İrlandiya Gömrük Xidməti ilə birlikdə Kork sahillərində həyata keçirib. 

Polis komissarının köməkçisi Castin Kellinin izah etdiyi kimi, Cənubi Amerika narkotik kartelinin göndərdiyi yükün alıcıları İrlandiya, Britaniya və Avropa cinayət qrupları olmalı idi. 

Polis yük gəmisinin 25 ekipaj üzvünün hamısını dindirir, onlardan üçü həbsdədir. Polis istintaq çərçivəsində daha çox həbslərin olacağını istisna etmir.

Xəbər xətti