Ana səhifə
25 Sentyabr 2018

Mərkəzi Bankın sədri Raja Almarzoqini qəbul edib

Mərkəzi Bankın sədri Elman Rüstəmov Raja Almarzoqinin rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun (BVF) Maddələr Sazişi IV üzrə məsləhətləşmələr missiyasının nümayəndə heyətini qəbul edib.

 

Görüş zamanı cari il üzrə ən son makroiqtisadi inkişaf və 2014-2015-ci illər üçün gələcək planlar, dünya iqtisadiyyatında inkişafın təsiri və iqtisadi perspektivlər üçün əsas risklər, bank nəzarətinin gücləndirilməsinə dair ən son prudensial tədbirlər, 2015-ci ilin əvvəllərində həyata keçiriləcək Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramına (FSAP) hazırlıqlar və bank sektorunda davam etməkdə olan kapitallaşdırma və konsolidasiya prosesləri də daxil olmaqla bank sisteminə dair məsələlər müzakirə edilib.

Görüşdə E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi, ölkənin xarici mövqeyi, Mərkəzi Bankın pul siyasəti, bank sektorunun inkişafı, bankların kapitallaşması kimi məsələlər barədə ətraflı məlumat verdi.

Cari ildə və orta müddətli perspektivdə iqtisadi artım və qiymət sabitliyi hədəfləri arasında pul siyasətinin effektiv şəkildə tarazlaşdırılacağını qeyd edən E.Rüstəmov həmçinin pul siyasəti və makroprudensial siyasətin sinxronlaşması, “kontr-tsiklik bank nəzarəti” çərçivəsinin formalaşması, maliyyə sektorunun hərarətinin tənzimlənməsi, banklarda aktivlərin artım hədəfləri ilə dayanıqlıq hədəfləri arasında optimal tarazlığın təmin olunması məsələlərini xüsusilə diqqətə çatdırdı. E.Rüstəmov son dövrlər regionda baş verən hadisələrin və dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına təsiri barədə də fikirlərini bildirmişdir. Bununla belə qeyd olunmuşdur ki, ölkədə iqtisadi artım davam edir və bu artım qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuşdur. Son 10 ildə ölkə iqtisadiyyatı 3.4 dəfə artmışdır ki, bu da ölkə tarixində ən yüksək göstəricidir.

Öz növbəsində BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Raja Almarzoqi cari ildə ölkəmizdə müşahidə olunan iqtisadi artımı, makroiqtisadi və maliyyə sabitliyini müsbət qiymətləndirdi. O, ölkəmizin qarşısında duran qısa və orta müddərti çağırışlara nəzər yetirərərk, BVF-nin bu istiqamətlər üzrə Azərbaycanla birgə səyləri barədə fikir mübadiləsi apardı.

Görüşdə həmçinin Mərkəzi Bank ilə BVF arasında formalaşmış əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub.

Görüşün sonunda BVF tərəfindən diversifikasiyanın sürətləndirilməsi, inflyasiyanın hədəflənməsi və dövlət investisiyalarına dair təqdimat keçerilib.

Tarix
21 Oktyabr 2014 [19:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin