237 yaralı erməni Qarabağdan Ermənistana aparılıb

11:46 - 27 Sentyabr 2023 - Xəbər

Xankəndidə benzin anbarının partlaması və son antiterror tədbirləri zamanı yaralanmış 237 nəfər Azərbaycanın Qarabağ bölgəsindən Ermənistandakı tibb müəssisələrinə çatdırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumata yyaıb. Məlumata görə, onlardan 142-si helikopter, 95-i təcili tibbi yardım maşınları ilə respublikanın tibb təşkilatlarına çatdırılıb.

Qeyd olunur ki, hazırda zərərçəkənlər həkim nəzarətindədir və onlara lazımi tibbi yardım göstərilir. Hazırda yaralıların daşınması prosesi davam edir.

Xəbər xətti