Sentyabr ayı üzrə sosial ödənişlər yekunlaşıb

10:48 - 27 Sentyabr 2023 - Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi də başa çatdırılıb.

DSMF-dən Ucnoqta.az-a verilən məlumata görə, bundan əvvəl - sentyabrın 8-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 15-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin sentyabr ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Xəbər xətti