İraqda toyda baş verən yanğında ölənlərin sayı 120 nəfərə çatıb, daha 200 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Arabiya” agentliyi məlumat yayıb.
Məlumata görə, yanğına toy zamanı atəşfəşanlıqdan istifadə səbəb olub. Mərasimin keçirildiyi zalda yanğın təhlükəsizliyi tələblərinə əməl olunmadığı da qeyd edilir.
Daha əvvəl “Al Arabiya” tibb mənbələrinə istinadən xəbər vermişdi ki, 30-dan çox insan həlak olub, daha 80 nəfər yaralanıb.