Tayvan silahlı qüvvələri son 24 saat ərzində adaya yaxınlaşan Çin Xalq Azadlıq Ordusunun 32 təyyarəsi və 8 gəmisini qeydə alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə adanın müdafiə departamentinin saytında yerləşdirilən məlumatda deyilir.
Məlumata görə, 16 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın şimal, cənub-qərb və cənub-şərqindəki hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub. Onların arasında iki Su-30 qırıcısı, dörd J-10, dörd J-16, iki BZK-005 pilotsuz uçan aparat, bir Y-9 çoxməqsədli təyyarə, bir Y-8 sualtı əleyhinə təyyarə, bir Y-8 elektron kəşfiyyat təyyarəsi və sualtı qayıq əleyhinə Z-9 helikopteri olub.
Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərindən istifadə etməklə cavab verib.