Ana səhifə
25 Sentyabr 2018

Tələbəyə vəzifə verildi - BSU-da

Bakı Slavyan Universitetində respublikada ilk dəfə olaraq rektorun müşaviri vəzifəsinə tələbə təyin olunub.

 


Universitetin rektoru, professor Asif Hacıyevin əmri ilə Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin 2-ci kurs tələbəsi Elcan Məmmədov rektorun sosial məsələlər və tələbələrlə iş üzrə müşaviri təyin olunub.

 


Ucnoqta.az  xəbər verir ki,  AzərTAc-a müsahibəsində Elcan Məmmədov bildirib ki, bu vəzifənin yaradılmasında məqsəd tələbələrin sosial problemlərinin həllinə dəstək olmaq, rəhbərliklə tələbələr arasında operativ əlaqə yaratmaqdır. Bu vəzifəyə məhz onun seçilməsindən danışan gənc müşavir qeyd edib ki, o, universitetə qəbul olunduğu vaxtdan indiyə kimi bu ali təhsil ocağının ictimai həyatında, beynəlxalq tədbirlərin təşkilində fəal iştirak edib. Onun universitetdə ilk qeyri-rəsmi vəzifəsi isə 1-ci kursda oxuduğu vaxt kölgə kabinetinin mətbuat katibi olub.

 


BSU-nun rektorunun digər əmri ilə Ali Eren Bugay informasiya və kommunikasiya texnologiyaları və reklam üzrə 2-ci rektor müşaviri təyin edilib.

 

Tarix
21 Oktyabr 2014 [18:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin