Meksikada torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb

08:20 - 26 Sentyabr 2023 - DÜNYA

Meksikanın qərbindəki Xalisko ştatının Autlan de Navarro bələdiyyəsində baş verən sürüşmə nəticəsində azı 7 nəfər ölüb

Ucnoqta.az xəbər verir ki, bu barədə Heraldo de Mexico qəzeti məlumat yayıb. Bildirilir ki, 9 nəfər itkin düşüb.

Qeyd olunur ki, sürüşməyə səbəb bazar ertəsi səhər saatlarında bölgəyə yağan güclü yağış olub. Xilasedicilərin sözlərinə görə, hadisə baş verən ərazidə bəzi evlər də dağılıb.

Xəbər xətti