Ana səhifə
23 Sentyabr 2018

Növbəyə düşə bilməyən Qarabağ əlilindən- Şikayət

Qarabağ əlili avtomobil növbəsinə yazıla bilməməsindən şikayətçidir.

 

Ucnoqta.azqafqazinfo-ya istinadən xəbər verir ki, müraciət edən 1957-ci il təvəllüdlü Bəxtiyarov Maarif Yaqub oğlunun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətində tibbi ekspertizadan keçib və ona avtomobil növbəsinə yazıla bilməyəcəyini deyiblər. 
 

 

Sosial Təminat Xidmətindən ona bildirilib ki, avtomobil növbəsi onun aid olduğu kateqoriya üçün nəzərdə tutulmayıb:

“Avtomobil növbəsi I və II qrup əlillər üçün nəzərdə tutulub. Mən özüm II qrup Qarabağ əliliyəm. Müharibədə kəllə-beyin zədəsi almışam. Mənə deyirlər ki, sən avtomobil idarə edə bilməzsən. Onlara deyirəm ki, axı I, II qrup əlillər arasında görmə qabiliyyətini itirən şəxslər var, lakin onlara avtomobil verilir. Özləri olmasa da, övladları idarə edirlər. Mənə idarə etmək olmazsa, o zaman verərəm oğlum sürər maşını. Başa düşə bilmirəm, eyni qrupdan olan əlilləri niyə kateqoriyalara bölürlər. 

Müharibəyə könüllü yollananlardan da biri mənəm, 90-cı illərdə milli-azadlıq hərəkatının iştirakçılarından olmuşam, indi niyə ayrı-seçkilik salırlar? Bu mənə ağır gəlir. Füzulinin Əhmədbəyli, Seyidəhmədli kəndlərindən ermənilərin boşaldılması prosesində şəxsən iştirak etmişəm. Biz ölümü gözə alıb ön cəbhədə döyüşə yollanan insanlarıq. İndi bizi kateqoriyalara bölməkləri nə qədər ədalətlidir?

Mən cənab prezidentə Qarabağ əlillərinə göstərdiyi diqqətə görə minnətdaram. Dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncam sayəsində indiyə qədər bir çox Qarabağ əlili avtomobillə təmin olunub. Cənab prezident ümid edirəm ki, mən də daxil olmaqla avtomobil növbəsinə yazıla bilməyən digər I, II qrup əlillərin bu probleminə də biganə qalmayacaqsınız”.

 

Tarix
21 Oktyabr 2014 [18:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin