Sumqayıt Dövlət Universitetinin müəllimi 37 yaşında vəfat edib

16:48 - 22 Sentyabr 2023 - Cəmiyyət

Sumqayıt Dövlət Universitetinin 37 yaşlı müəllimi Samin Qocayev vəfat edib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, o, sentyabrın 22-də səhər saatlarında qəfil ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, mərhum 2014-cü ildən universitetdə Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa Tarixi kafedrasında baş müəllim vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!


Xəbər xətti