Paşinyan Toivo Klaarı qəbul edib

16:08 - 22 Sentyabr 2023 - DÜNYA

Ermənistan baş nazir Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə Aİ-nin Ermənistan Respublikasındakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.

Tərəflər Qarabağ ətrafındakı hərbi-siyasi vəziyyət və onun aradan qaldırılmasına yönəlmiş addımlar müzakirə edilib.
 
Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə də toxunulub. Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlıq prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər xətti