Ukrayna Rusiyanın Qara dəniz donanmasının Sevastopoldakı qərargahına "Storm Shadow" raketləri atıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sevastopol qubernatoru Razvojayev bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Qara dəniz donanmasının Sevastopoldakı qərargahına raket hücumu həyata keçirib. Qeyd edilir ki, raket Lunaçarski teatrının yaxınlığında düşüb.