Göyərtəsində 174 sərnişini olan Türkiyənin "AnadoluJet" aviaşirkətinə məxsus təyyarə Perm hava limanına enərkən uçuş-enmə zolağından çıxıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, 3964 saylı reys Antalyadan Permə uçurdu. İlkin məlumata görə, heç kim xəsarət almayıb. Bütün turistlər avtobusla hava limanının terminalına aparılıb.
İndi aeroport təyyarələrin qəbulu və yola salınması üçün bağlıdır.