Rusiya Ukraynaya raket zərbələri endirib: 2 ölü

13:09 - 22 Sentyabr 2023 - DÜNYA

Rusiya növbəti dəfə Ukrayna ərazisinə raket zərbələri endirib.

Ucnoqta.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi Rusiya ordusunun 43 qanadlı raketlə hava hücumu təşkil etdiyini açıqlayıb.

Rusiya raketlərinin əsas hədəfi paytaxt Kiyev olub. Hücumlar 10 Rusiya təyyarəsindən edilib. Raketlərdən 36-sı Ukraynanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Paytaxt Kiyevdə baş verən hücumda itki olmasa da, çox sayda insan yaralanıb, bir çox bina yararsız hala düşüb.

Rusiya raketlərinin digər hədəfi Ukraynanın şərqindəki Xarkov şəhəri olub. Rusiya 6 S-300 raketləri ilə şəhərə hücum edib.
Burada da raket hücumu nəticəsində insan tələfatı olub.

Xəbər xətti