İspaniya Milli Polisi qismən Avropa Şurasının Daxili Təhlükəsizlik Fondu tərəfindən maliyyələşdirilən Avropa Polis Agentliyinin (Avropol) dəstəyi ilə 29 araşdırma aparıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə krallığın hüquq-mühafizə orqanlarının press-relizində deyilir.
Məlumata görə, əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması, qanunsuz silah saxlama və digər cinayətlərə görə 197 nəfər saxlanılıb. Həbs olunanlar arasında Rusiya və Ukrayna da daxil olmaqla 30-dan çox ölkənin vətəndaşları var.
Əməliyyatlar zamanı ümumilikdə 5 tona yaxın kokain, eləcə də digər narkotik vasitələr götürülüb. Bundan əlavə, polis 28 odlu silah və 4,2 milyon avrodan çox pul müsadirə edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ümumi dəyəri təxminən 12 milyon avro olan 57 avtomobil və müxtəlif əmlak müsadirə ediblər.